Müsavatın qurultayı yekunlaşır-YENİLƏNİR

Arif Hacılı öndədir

Sentyabrın 27-də Əmircan qəsəbəsində Müsavat Partiyasının 8-ci qurultayı baş tutub. Sədarətə seçilən partiya başqanı İsa Qəmbər bildirib ki, 587 qurultay nümayəndəsindən 400-dən çoxu qeydiyyatdan keçib.  Təşkilat Komitəsi təklif edib ki, sədarət heyətinin 2 sədri, 1 fəxri sədri olsun. Səsvermə yolu ilə Cəmil Ünal fəxri sədr seçilib.

Qurultay başqanın hesabatını dinləyib. MNTK hesabat verib. Arzu Səmədbəylinin təklifi ilə İsa Qəmbər 2018-ci ildə prezidentliyə namizəd élan olunub.  Müsavat başqanlığına qeydə alınmış namizədlər çıxış ediblər. Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı seçki platfomaları ilə çıxış ediblər. Səxavət Əlisoy namizədliyini Qubad İbadoğlunun xeyirnə geri götürüb. Saat 18.00-də başqan seçkiləri başlanıb. Seçkilər açıq səsvermə ilə keçirilib. Hazırda səslər sayılır. Arif Hacılının öndə olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00