Arif Rəhimzadə: “Bu, vicdansızlıqdır”
26 Sentyabr 2014 14:43 SiyasətYeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bir sıra beynəlxalq qurumları, o cümlədən, Avropa Şurası və Avropa Parlamentini Azərbaycana qarşı qərəzli mövqe tutmaqda günahlandırıb. A.Rəhimzadənin qeyd etdiyinə görə, adıçəkilən qurumların Azərbaycanda gedən proseslərlə, o cümlədən, bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirdikləri iddialar reallığı əks etdirmir."Deyirlər ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı xeyli problemlər var. Biz də demirik ki, problemlər yoxdur, deyirik ki, bəli, var. Ancaq eyni zamanda deyirik ki, 1 milyondan artıq insanın, qaçqın və məcburi köçkünün ata-baba yurdları işğal altında olduğu üçün onların da yerli idarəetmə orqanları, bələdiyyələri yoxdur, niyə bunlardan bir dəfə olsun danışmırsınız? Bu, vicdansızlıqdır. Eyni zamanda, nöqsanların deyilməsindən də narahat olmağına dəyməz. Çünki biz bu zaman bilirik ki, kim kimdir".