AŞPA Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir

"Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün ölkəmizə səfəri əhəmiyyətlidir".  "OLAYLAR"-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva səsləndirib. Bildirib ki, səfər çərçivəsində xanım Brasör Azərbaycanda gedən inkişafın şahidi oldu: "AŞPA sədrinin keçirdiyi bütün görüşlərdə əsas problemimizin Qarabağ məsələsi olduğu diqqətə çatdırıldı. Bildirildi ki, nüfuzlu beynəlxalq təşkilat 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Çünki beynəlxalq birliyin ciddi təzyiqləri olmasa, Ermənistan işğalçı siyasətindən əl çəkməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00