XİN rəhbəri Şimali Kiprin lideri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov  BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Şimali Kiprin Türk İcmasının lideri Dərviş Əroğlu ilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Dərviş Əroğlu mövcud vəziyyət və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00