Novruz Məmmədov: Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın "Vaşinqton Post" ("The Washington Post") qəzetini Azərbaycana qarşı təbliğat aparmaqda suçlayıb. Trend-in məlumatına görə, N.Məmmədov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Vaşinqton Post" harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında "dəqiq məlumatları", görəsən, kimdən alır?" N.Məmmədov qeyd edib ki, Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib: "Bu demokratiyadır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00