Musavatda “dedovşina” baş qaldırıb

Köhnələr gəncləri sıxışdırır

Müsavat Partiyasında  gənc siyasətçilərə qarşı qısqanc münasibət haqqında dəfələrlər yazılıb. Hələ 90-cı illərdə AXCP-də belə bir deyim vardı: Müsavat qocaların partiyasıdır. Həqiqətən də iki rəqib-müttəfiq partiyanın vitrini çox fərqli idi. AXCP-də bir-iki şəxsi çıxmaq şərti ilə sədrin demək olar ki, bütün müavinləri cavan uşaqlar idi. Müsavatda isə funksionerlərin yaş həddi yüksək idi. Katiblərin, müşavirlərin yaşı 38-55 arası idi. Gəncləri irəli buraxmırdılar. Ancaq AXCP sədri vaxtaşırı gəncləri irəli çəkir, müşavir, şöbə müdiri təyin edirdi. Son 20 ildə Müsavatda dəyişən bir şey yoxdur. Partiyanın başqanı da, müavinlər də həmin adamlardı. Bu yaxınlarda "irəli çəkilmiş" Tural Abbaslı da o qədər gənc deyil. Müsavatda başqanlıq uğrunda savaş gedir. Arif Hacılı ilə Qubad İbadoğlu başqan olmaq istəyirlər, partiya rəhbərliyi bu iki şəxs arasında seçim emtəlidir. Başqanlığa Tural Abbaslı da namizəddi. Onu isə başqan adaylarının hamısı qısqanır. Bu günlərdə "Yeni Müsavat" qəzetində Tural Abbaslı ilə dərc olunmuş müsahibə köhnələrin gənclərin adayına münasibətinə bariz misaldır. Arif Hacılının dəstəkləyən Rauf Arifoğlunun rəhbərlik etdiyi qəzet Tural Abbaslıya sula verir: "Tural Abbaslıya sual verir: "Niyə siz özünüz Müsavat Partiyasından gedib başqa partiya qurmursunuz? Bu, İsa Qəmbərin, Arif Hacılının qurduğu təşkilatdır, onlar partiyanı bu günə gətirib çıxarıblar, 20 il müxalifətdə qalmasına baxmayaraq, partiyanı məhv eləməyiblər. Siz yenilik etmək istəyirsinizsə, tərəfdarlarınızla birləşib niyə özünüzə yeni partiya qurub ideyalarınızı gerçəkləşdirmisiniz?". Yeri gəlmişkən, bu müsahibə facebook sosial şəbəkəsində müzakirələrə yol açmış və Müsavat rəhbərliyi, başqan adayları arasında ayrı-seçkilik edən qəzet ciddi tənqid olunmuşdu.  Müzakirəni açan xanım jurnalist haqlı olaraq yazmışdı ki, belə çıxır ki, "İ.Qəmbərlə A.Hacılının yaratdığı partiyaya başqanlıq etmək fikrinə düşmək olmazmış. Bir müsavatçı öz ideyalarını gerçəkləşdirmək üçün başqa partiya yaratmalıymış". Qəzet təmsilçilərinin məsələyə münasibəti qərəzli və qeyri-obyektiv oldu. Rauf Arifoğlunun qardaşı bu müsahibədə qoyulan bu qərəzli sualı "müsahibi qıcıqlandırıb özündən çxıarmaq" priyomu ilə izah etməyə çalışsa da, uğursuz oldu. Müzakirədə iştirak edənlərin əksəriyyəti bunu Müsavatda köhnələrin qatı mühafizəkarlığı və gənclərə qarşı qısqanclığı ilə izah etdilər. Həqiqətən də bu münasibət siyasi etikaya uyğun deyil və gənclərin qarşısına sədd çəkməkdən başqa bir şey deyil. Müsavatda əksər funksionerin bu cür düşündüyü sirr deyil. Onlar estafeti gənclərə vermək istəmirlər. "Siyasi iddianı ortaya qoymaq istəmirsənsə, get özünə partiya yarat" məntiqi siyasi partiyaya kooperativ kimi baxmağın nəticəsidir. "Yəni, bu partiyanı (oxu:kooprativi-müll.) biz yaratmışıq. Biz bunu yaradanda sən uşaq idin, sənin bu təşkilatda başqan olmaq ixtiyarın yoxdu". Bu yanaşma "dedovşina" kimi də qiymətləndirilə bilər. Yəni köhnələr gənc adamın partiyada onlara rəhbərlik etməsini təhqir kimi (orduda bu zapodlo deyilər-müəll.)qiymətləndirirlər.  Müsavat bu yanaşma ilə yenilənə bilməyəcək. Hansı təşkilatda gənclərin önü kəsilir, o təşkilat qocalır, tükənir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00