“Dağlıq Qarabağ münaqişəsində söz sahibi iki dövlətin rəhbərliyidir”
Üzeyir Cəfərov: “Uorlikdən sonra ABŞ Minsk Qrupuna yeni həmsədr təyin etməklə guya məsələnin həlli üçün addımlar atacaq”
16 Sentyabr 2014 14:47 SiyasətHərbi-ekspert Üzeyir Cəfərov ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərini şərh edib. Ameirkalı həmsədr Ceyms Uorlikin Ermənistana səfərini xatırladan Ü.Cəfərov bildirib ki, həmsədrlərin regionda keçirdikləri görüşlərin effektiv nəticə verməsi inandırıcı deyil. Belə görüşlərin tez-tez keçirildiyini deyən eskpertin sözlərinə görə, həmsədrlər bununla iş fəaliyyəti görüntüsü yaratmaq üçün istifadə edirlər: "Uorlikdən sonra ABŞ Minsk Qrupuna yeni həmsədr təyin etməklə guya məsələnin həlli üçün addımlar atacaq. Bunların hamısı Ermənistanın lehinə vaxt uzatmaq deməkdir. Həmsədrlər bunu öz fəaliyyətlərində gizlətslər də, onların çalışmalarını Ermənistanın xeyrinə etdikləri faktdır. Minsk Qrupunun regiona verəcəyi yeganə xeyir, apardığı monitorinqlər və prezidentlərin görüşünün təşkil etmələridir. Prinsip etibarilə, Dağlıq Qarabağ münaqişəsində əsas söz sahibi iki dövlətin rəhbərliyidir. Onların verəcəkləri qərarı nə amerikalı, nə fransalı, nə də rusiyalı həmsədr dəyişmək iqtidarında deyil. Artıq Azərbaycan öz sözünü deyib. ATƏT daha çox işğalçılıq siyasətini davam etdirən Ermənistana təzyiqlər etməlidir. Lakin biz bunun şahidi olmuruq. Ermənistan rəhbərliyinin Azərbaycanı sərsəm bəyanatlarla təhdid etməsinin ömrü uzun olmayacaq. Rəsmi Bakı həmsədrlərə bu məsələdə aktiv fəaliyyət göstərməyi tövsiyyə edib. Hesab edirəm ki, yaxın müddətdə Azərbaycan rəsmiləri növbəti dəfə Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı mövqe nümayiş etdirəcəklər". ("OLAYLAR" İA)