Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri ölkəmizdə kurs keçiblər

DSX Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş kursun yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general- leytenant Elçin Quliyev, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, digər rəsmi şəxslər iştirak ediblər. General- leytenant Elçin Quliyev və general- leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat tədbirdə çıxış edərək Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd xidmətləri arasında ikitərəfli münasibətlərin son illər ərzində yüksələn xətt üzrə inkişaf etməsini, Səudiyyə Ərəbistanının sərhəd xidmətinin əməkdaşları üçün təşkil olunmuş kursun qurumlararası əməkdaşlığın gücləndirilməsinə ciddi töhfə verməsini qeyd edib və bu təcrübənin gələcəkdə daha da genişləndiriləcəyi barədə tədbir iştirakçılarına məlumat verib Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması üçün yaradılmış yüksək səviyyəli şəraitə görə öz minnətdarlığını bildirib. Mərasim sonunda tədrisə cəlb olunmuş heyətə sertifikatlar təqdim olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00