Alman təşkilatı ilə əməkdaşlıq memorandumu imzalanıb
18 Aprel 2014 17:59 SiyasətGənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi ilə Almaniyanın "European Intercultural Forum" təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, razılaşmaya əsasən Mərkəz 1 il müddətinə iki alman gəncin Mingəçevirdə təcrübə keçməsinə şərait yaradacaq. Habelə, Mərkəz üzvlərinin də Almaniyada keçirilən beynəlxalq tədbirlərdə iştirakına köməklik göstəriləcək.
Qeyd edək ki, Mərkəz hazırda 5 beynəlxalq gənclər şəbəkəsində Azərbaycanı təmsil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00