Avrasiya Gənclərinin V İqtisadi Forumu keçiriləcək
18 Aprel 2014 17:47 SiyasətAprelin 21-25-dək Rusiyanın Yekatrinburq şəhərində Avrasiya Gənclərinin V İqtisadi Forumu keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyə, Çin, Qazaxıstan, Uruqvay, Ekvador, Özbəkistanın iştirak etdiyi beynəlxalq forumda Azərbaycanı Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyəti təmsil edəcək. Tədbirdə TEC sədri Cavidan Qasımlı "Transmilli korparasiyaların beynəlxalq aləmdə hüquqi tənzimlənməsi" mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, universitet tələbələri artıq ikinci dəfədir ki, bu beynəlxalq forumda iştirak edirlər. Ötən il iqtisadiyyat bölməsi üzrə 63 ölkə arasında ikinci yerə layiq görülüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00