Rasmussen Putinin arxasınca danışıb

Danimarkanın "Fyens" qəzetinin verdiyi məlumata görə, NATO baş katibi Anders Foq Rasmussen Rusiya prezidenti Vladimir Putinin səsini qeyd edib. Qəzet iddia edir ki, Rasmussen bunu qəsdən etməyib. Məsələ ilə əlaqədar "Pərdə arxasındakı Foq" filminin rejissoru Kristoper Quldbrandsen jurnalistlərə verdiyi açıqlamasına görə, hadisə 2002-ci ildə Avropa İttifaqı, NATO və Rusiyanın Brüsseldəki sammiti vaxtı baş verib. Anders Foq Rasmussen toplantıdan sonra Putinlə birlikdə mətbuat konfransına qatılıb və həmin vaxt Danimarkanın "DR 2" telekanlında işləyən Quldbrandsen ona yaxınlaşaraq mikrofonu pencəyinə taxır. Rasmussen isə mikrofonun pencəyinə taxılı olduğunu unudub və Putinə qarşı bir neçə xüsusi söz işlədir. Putinin isə bundan xəbəri olmur. Konfrans başa çatdıqdan sonra Putin və mikrafonu üzərindən çıxarmağı unutmuş Rasmussenin qeyri-rəsmi görüş keçirilir. Putinin səsi də burada təsadüfən qeydə alınır. Quldbrandsen Rasmussen və Putin arasında keçən qeyri-rəsmi görüşdə ciddi məsələlərin müzakirə etmədiyini bildirdi: "Onlar jurnalistlər haqqında danışdılar. Rasmussen zarafat qarışıq rus mətbuatının Danimarka mətbuatı qədər peşəkar olmadığını dedi. Putin isə cavab olaraq onların hamısının eyni olduğunu bildirdi". Putin isə aprelin 17-də Moskvada keçirdiyi mətbuat konfransında həmin hadisəni xatırlayıb. Putin iddia edib ki, həmin sammitdə Rasmussen gizli şəkildə onun səsini yazıb: "İndi NATO-nun baş katibi olan cənab Rasmussen nə vaxtsa, Danimarkanın baş naziri olduğunu bilirsiniz? Həmin vaxt o mənimlə görüşmək istəmişdi, ancaq bu görüş rəsmi deyildi. Mən də qəbul etdim, görüşdük, danışdıq. Sən demə həmin vaxt onun yanında diktofon olub. Gizli şəkildə danışıqlarımızı qeydə alıb. Sonra isə mətbuatda yaydı. Mən buna inana bilmirdim. Nə qədər axmaq olduğunu dərk edirsiniz? O isə mənə bunu xatirə üçün etdiyini dedi. Əgər belədirsə, bu çox yaxşıdır. Lakin əvvəldən xəbər edə bilərdi. Bundan sonra ona necə etibar edə bilərəm? Təəssüf!" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00