İlham Əliyev Koreya Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, "Sevol" bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00