“Putini saxlamaq çətin olacaq” - FİKİR
Elxan Şahinoğlu: “İndiki məqamda federallaşmaq Ukrayna üçün yaxşı nəticə olardı”
18 Aprel 2014 15:58 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Kiyevdə ukraynalı həmkarı, sabiq prezident Viktor Yuşşenkonun müşaviri Vadim Karasyovla Ukraynada yaranmış vəziyyəti müzakirə edib. Rusiya Prezidenti Vladimir Putinin sonuncu çıxışında Ukraynanı qəzəbləndirdiyini deyən E.Şahinoğlunun sözlərinə görə, artıq Kiyevdə Putinin Krımla kifayətlənmədiyini başa düşüblər. E.Şahinoğlu V.Karasyovun da eyni fikirdə olduğunu bildirib: "O da eyni fikirdədir ki, müəyyən tədbirlər görülməsə, Putini saxlamaq çətin olacaq. Tanınmış politoloqun sözlərinə görə, Ukrayna federallaşmaya doğru gedir". E.Şahinoğlu hesab edir ki, indiki məqamda federallaşmaq Ukrayna üçün yaxşı nəticə olardı. O, Ukraynanı bundan da pis nəticə gözləyəcəyi qənaətindədir. ("OLAYLAR" İA)