Qənirə Paşayeva : “Cəbhə bölgələrində yaçayan vətəndaşlar bütün vergilərdən azad edilməlidir”

"Ermənistan qüvvələrinin insanlığa sığmayan hərəkətlərinə baxmayaraq bizim cəbhə bölgəsində yaşayan vətəndaşlarımız orada yaşamqda davam edir və hazırkı həyat şəraiti ilə mübarizə aparırlar". Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə cəbhə bölgəsində yaşayan insanlara yardımlar edilməlidir: "Düzdür, cəbhə bölgəsindəki hərbçilərimiz düşmənə layiqli şəkildə cavab verir. Mən təklif edərdim ki, cəbhə bölgələrində yerləşən rayonların sakinlərinə bir sıra güzəştlər olsun. Birinci olaraq həmin rayonlardan ali məktəbə qəbul olan vətəndaşların bütün ödənişlərdən azad edilsin, oradakı sakinlərin vergilərdən azad olunsun. Hədəf altında olan evlərin qarşısında müdafiə divarları tikilsin". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00