Azərbaycan-Ukrayna münasibətləri müzakirə edilib

Ukraynanın Sumı Vilayət Dövlət Administrasiyasının sədri Vladimir Şulqa Azərbaycan səfirliyinə gələrək səfir Eynulla Mədətli ilə görüşüb. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə,  görüşdə Sumı vilayətinin Azərbaycanın regionları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub, əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Ukrayna Ali Radasının xalq deputatı olaraq Vladimir Şulqa Azərbaycan Respublikası və Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü olduğu, qrupun işində fəal iştirak etdiyi barədə məlumat verib. Görüşdə ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00