“Aravot”: “Qərb Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirib”
18 Aprel 2014 12:46 SiyasətErmənistanın "Aravot" qəzeti yazır: "Beynəlxalq cəmiyyət son günlərdə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin təhlükəli hal aldığını görməyə başlayıb. Qarabağ uğrunda ikinci müharibə ehtimalı qızışır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və Ukrayna ətrafında yaranmış gərginliyin Rusiyadan qaynaqlandığını başa düşərək, bu ölkəyə qarşı təzyiqlərini artırmağa başlayıb. Ukraynada baş verən proseslər Rusiyanın SSRİ-ni yenidən bərpa etmək cəhdlərindən irəli gəlir. Dünya birliyinin təzyiqlərinə baxmayaraq Rusiya mövqeyindən geri çəkilmək istəmir. Bu isə Rusiya üçün heç də yaxşı nəticə ortaya qoymayacaq. Qərb Cənubi Qafqazda gərginliyin artmasında da Rusiyanı ittiham edir. Vəziyyətin təhlükəli hal almaması üçün isə Qərb Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çalışır". ("OLAYLAR" İA)