“Kriminal hadisəni siyasiləşdirməyə çalışırlar”

Borçalı Cəmiyyəti narahatdır

"Bu yaxınlarda Qax royonu ərazisində Toppi yaşayış sahəsində sərxoş halda milliyətcə gürcü olan  2 nəfərin başı kəsilmiş meyidi tapılıb. Ciddi, insanlıq adına sığmayan cinayət törədilib. Məsələ ilə bağlı cinayət işi açılıb və istintaq aparılır.  Bəzi fürsətçilər bu kriminal hadisəni subyektiv mülahizələr əsasında siyasiləşdirməyə çalışır, güya qətlin milli mənsubluğuna görə törədildiyini iddia edirlər". Bu sözlər "Borçalı" cəmiyyətinin bəyanatındandır. Cəmiyyət hesab edir ki, kifayət qədər tolerantlığın hakim olduğu Azərbaycanda bu cür iddiada olmaq ən azından insafsızlıq və məkrin təzahürüdür. "Borçalı" İctimai Cəmiyyəti baş verən cinayət hadisəsini qətiyyətlə pisləyir, istintaq orqanlarından cinayətkarın tez aşkara çıxarılması və istintaqın tam obyektiv aparılmasını xahiş edir. Habelə Borçalı Cəmiyyəti destruktiv qüvvələri öz məkrli düşüncələrindən imtinaya, gürcü və azərbaycanlı timsalında iki millətin, mədəniyyətin, dilin və dinin birgə yaşayışına mane olmağa cəhd etməməyə dəvət edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00