RYTN fəaliyyətini genişləndirəcək
17 Aprel 2014 17:38 SiyasətRabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət sahəsini genişləndirəcək. Buraya yeni texnologiyalar, o cümlədən, kosmik, nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisindən sülh məqsədləri ilə istifadə edilməsi və s. kimi qabaqcıl elmi istiqamətlər daxildir.
"OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, yeni istiqamətlər üzrə iqtisadi sektorun gücləndirilməsi üçün aidiyyəti orqanlarla birgə işlərə başlanılacaq. Onun sözlərinə görə, bu sahədə uğurla icra edilən layihələr, tədbirlər Azərbaycan iqtisadiyyatında innovativ, texnoloji və elmi tutumlu sektorun inkişafına təkan verəcək, eyni zamanda ümumilikdə cəmiyyətin intellektual potensialının artırılmasına xidmət edəcək.