“Şərqi Ukrayna idarəolunmaz bölgəyə çevrilə bilər” - ŞƏRH

Elşən Mustafayev: “Putin çıxışında da beynəlxalq güclərin Rusiyaya təzyiqlərinin intensiv və güclü olduğunu hiss etdirdi”

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Ukraynada baş verən proseslərə münasibət bildirib. E.Mustafayev qeyd edib ki, Rusiya Ukraynaya müdaxiləsini davamat etirəcək. Ukraynanın da kiçik və zəif dövlət olmadığını deyən Elşən Mustafayevin sözlərinə görə, nə qədər güclü dövlət olsa, belə Rusiya beynəlxalq təzyiqlərə davam gətirə bilməyəcək. AMİP rəsmisi hesab edir ki, Rusiya hələlik Krımla kifayətlənməli olacaq: "Kreml indiki məqamda Cənubi-şərqi Ukraynada insanları təxribata çəkməklə məşğuldur. Moskvanın cəhdlərinə baxmayaraq, Rusiya Ukraynanın digər regionlarına müdaxilə etmək imkanından məhrum olacaq. Çünki hal-hazırda Ukrayna məsələsi beynəlxalq güclərin xarici siyasətində mühüm faktorlardan biridir. Putin çıxışında da beynəlxalq güclərin Rusiyaya təzyiqlərinin intensiv və güclü olduğunu hiss etdirdi. Həqiqətən də federasiyaya qarşı çox ciddi təzyiqlər var. Təzyiqlər olmamışdan qabaq Rusiyada güclü iqtisadi inkişaf baş verirdi. Lakin bu gün Rusiya bütün istiqamətlərdə geriləməyə başlayıb. Əgər Moskva Ukraynanın üzərinə çox getsə, bu ölkənin özündə müqavimət güclənəcək. Rusiya belə bir addım atmasa da Şərqi Ukraynanı idarəolunmaz bölgəyə çevrə bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00