Rusiyadan BDM sədrinə qadağa

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevi Rusiya Federasiyası tərəfindən arzuolunmaz şəxs elan edilib. Bu barədə "OLAYLAR"-a BDM-dən daxil olub. Bildirilib ki, bu səbəbdən BDM sədrinin bu ölkəyə girişinə qadaga qoyulub. Nəticədə aprelin 17-də BDM sədri Belarusa gedərkən hava limanından geri qaytarılıb: "Hava limanında İsmayıl Ağayevə bildirilib ki, Rusiya onu arzuolunmaz şəxs elan edib. Belarus Gömrük İttifaqının üzvü olduğu üçün BDM sədrinin bu ölkəyə  girişinə də qadağa qoyulub".

Qeyd edək ki, BDM sədri Belarusda qondarma erməni soyqırımına qarşı keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edirmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00