“Bu addım atılsa, üçüncü dünya müharibəsi başlayacaq” - FİKİR

Elçin Mirzəbəyli: “Hökumət Krımda olduğu kimi Şərq regionlarında baş verən proseslərə də loyal münasibət bəsləməməlidir”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı hərbi müdaxilə ilə hədələməsi məsələsinə münasibət bildirib. E.Mirzəbəylinin sözlərinə görə, təkcə Rusiya-Ukrayna deyil, Rusiya-Qərb münasibətləri hədə mərhələsindədir. E.Mirzəbəyli hesab edir ki, əslində Rusiyanın Ukraynanın digər ərzilərinə hərbi müdaxiləsi baş verib. Rusiyanın kəşfiyyat orqanlarının Ukraynada təbliğat apararaq, insanları silahlandırdıqlarını deyən BAXCP rəsmisi qeyd etdi ki, rus kəşfiyyatı bu ölkədə Kremlin maraqları istiqamətində iş aparırır: "Ukrayna Rusiyanın bu müdaxiləsinə qarşı addımlar atır. Hələlik bu addımlar lokal xarakter daşıyır. Ukrayna ordusunun indiki məqamda ciddi hərbi əməliyyatlara başlayacağını demək çətindir. Hökumət Krımda olduğu kimi Şərq regionlarında baş verən proseslərə də loyal münasibət bəsləməməlidir. Çünki söhbət bütöv Ukraynanın taleyindən gedir. Putin məqsədinə çatmaq üçün regiondakı seperatçılarını gücləndirməyə çalışacaq. Lakin Rusiyanın bu ölkəyə qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayacağı bir o qədər gözlənilən deyil. Çünki belə bir vəziyyət Ukrayna kimi Rusiyaya da böyük faciə yaşadacaq. Əgər Rusiya Ukraynaya hərbi müdaxil etsə, bu artıq üçüncü dünya müharibəsinin başlanması deməkdir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00