“Rusiya ilə partizan müharibəsi aparmaqdan başqa çarə qalmayıb” - AÇIQLAMA

Ukraynalı deputat “Putin müharibə istəyirsə, onu alacaq” dedi

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Ukrayna parlamentinin təhlükəsizlik komitəsinin üzvü olan deputatla görüşüb. Görüşdə ukraynalı deputat E.Şahinoğluna Ukraynanın Rusiyaya qarşı partizan müharibəsinə başlamaqdan başqa çarələrinin qalmadığını bildirib: "Deputat mənimlə bir xeyli danışdıqdan sonra cibindən tapançanı çıxararaq "Putin müharibə istəyirsə, alacaq həmin müharibəni" dedi. "Bəsdir parlamentdə danışdıq, mən də bezdim, fəaliyyətə keçmək lazımdır" - deyən deputatın bu sözlərinə inanaraq maşınından düşərək Kiyevin "Olimpiya" futbol meydanı tərəfdən metroya istiqamət aldım. İnsan əlindən tərpənmək olmurdu. Sən demə bu gün Kiyevin "Dinamo" klubunun oyunu varmış. Minlərlə gənc və orta yaşlı ukraynalı əllərində bayraq və pivə ilə keflə futbola baxmağa gedirdilər. Qəribə ölkədir, Ukrayna işğal altındadır, vətəndaş müharibəsi faktiki başlaylıb, bunlar futbollarından da qalmırlar. Deyəsən, mənə tapançasını göstərən həmin deputat hələ bir müddət gözləməli olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00