Xəzəryanı ölkələrin XİN rəhbərləri görüşəcək
17 Aprel 2014 16:23 SiyasətAprelin 22-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Moskvada keçiriləcək görüşdə, Xəzər dənizinin qorunması və bioloji ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı müqaviləyə əsasən görülən işlərin nəticələrinin nəzərdən keçirilməsi, fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin, həmçinin sahilyanı ölkələrin prezidentlərinin bəyannamələri əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, cari ilin sentyabrında Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00