Müxalifət bir araya gələ bilmir
17 Aprel 2014 16:15 Siyasət"Hazırda Azərbaycan müxalifətinin durumu çox pis vəziyyətdədir və müxalifətin vəziyyəti ürəkaçan deyil". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə "OLAYLAR"-a deyib ki, müxalifət ölkənin ictimai-siyasi həyatı, eləcə də seçkilərdə aktiv olmalıdır: "Təəssüflər olsun ki, son illər biz bunu müşahidə edə bilmirik. Eyni zamanda müxalifətdə yenilik etmək, cəmiyyətə proqramlar təqdim etmək kimi müsbət məqamlar yoxdur". AMİP sədri deyib ki, müxalifət hansısa proqramlarla çıxış etməli, təşəbbüslər ortaya qoymalıdır: "Bu Dağlıq Qarabağ problemi, eləcə də digər məsələlərlə bağlı ola bilər. Təssüflər olsun ki, müxalifət bir araya gələ və bütün bu qeyd edilənləri həyata keçirə bilmir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00