Bakı-Moskva-Astana videokörpüsü təşkil olunacaq
17 Aprel 2014 13:15 SiyasətAzərbaycan, Rusiya və Qazaxıstan politoloqlarından ibarət Bakı-Moskva-Astana videokörpüsü keciriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, videokörpüaprelin 22-də Moskva şəhərində baş tutacaq Xəzəryanı ölkələrin xarici işlər nazirlərin toplantısına həsr olunacaq. Tədbirdə Azərbaycan tərəfindən Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov, politoloq Tofiq Abbasov; Moskvadan Xəzər dənizi əməkdaşlıq İnstitutun direktoru Sergey Mixeev, Dəniz hüquqları Rusiya Assosiasiyasının vitse-prezidenti Moskva Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri Aleksandr Vıleqjanin; Qazaxıstandan isə deputat Burhan Kamalov iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00