Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
17 Aprel 2014 13:17 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul etmişdir.
Görüşdə türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının həyata keçirdiyi tədbirlərin önəmi qeyd olundu, təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00