“Qarabağ” blokundan Rusiyaya çağırış
“Vətəndaş qarşıdurması oyunundan əl çək”
17 Aprel 2014 12:46 Siyasət"Qarabağ" Blokunun növbəti toplantısında ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Ukraynada baş verən son hadisələrə bir daha diqqət yetirən toplantı iştirakçıları Rusiyanın bu ölkədə destabilizasiya yaratmaq niyyətlərini kəskin olaraq pisləyib, Rusiyanı yanlış siyasətdən - vətəndaş qarşıdurması oyunundan əl çəkməyə çağırıb. "Qarabağ" Bloku ölkəmizə qarşı şimaldan yönələn təhdidlər ərəfəsində Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan arasında hərbi ittifaqın yaradılması ilə bağlı təşəbbüsü təqdir edib, bu əməkdaşlığın yeni müstəviyə qaldırılması istiqamətində daha ciddi addımların atılmasını, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi naminə NATO və İslam dünyasının potensialından istifadə edilməsinin vacibliyini qeyd edib. ("OLAYLAR"İA)