Əli Həsənovun rəhbərliyi ilə YAP-ın Partiyalararası əlaqələr və dialoq Komissiyasının toplantısı keçirilir

Bu gün YAP-ın Partiyalararası əlaqələr və dialoq Komissiyasının toplantısı keçirilib. AZADİNFORM xəbər verir ki, Komissiya sədri Əli Həsənovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyində aşağıdakı mövzular müzakirə edilir: 

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti haqqında məlumatların toplanması, təhlil edilməsi və ümumiləşdirilməsi; 

2. Siyasi partiyalar və onların yerli bölmələri haqqında məlumat bazasının yaradılması; 

3. Azərbaycanda siyasi partiya sisteminin təhlil edilməsi, siyasi təşkilatların təsnifatının aparılması; 

4. Vətəndaş cəmiyyətinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyalarla dialoqun və partiyalararası əməkdaşlığın genişləndirilməsi; 

5. Cəmiyyəti narahat edən aktual mövzularla bağlı siyasi partiyalarla ikitərəfli və çoxtərəfli görüşlərin, konfrans və Dəyirmi masaların təşkili; 

6. YAP Gənclər Birliyi və Qadınlar Şurasının digər iqtidaryönümlü partiyaların gənclər birlikləri və qadınlar təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasının təmin edilməsi; 

7. Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi; 

8. Partiyalararası əlaqələr və dialoq məsələlərinə dair beynəlxalq təcrübənin öyrənilməsi; 

9. Partiyalararası əməkdaşlıqla bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların təkliflərinin öyrənilməsi; 

10. Elektron və yazılı kütləvi informasiya vasitələrində partiyalararası əlaqələr və dialoq məsələlərinə həsr olunmuş materialların verilməsi; 

11. Ali məktəblərdə politologiya ixtisası üzrə təhsil alan tələbələr arasında partiyalararası əməkdaşlıq və dialoq mövzusunda yazı müsabiqəsinin təşkil edilməsi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00