Nazir: “Dünya rəsmi Bakının mövqeyini dәstәklәyir”
16 Aprel 2014 18:43 Siyasət"Tәmas xәttindә gәrginlik yaranması hәmişә müzakirә olunur. Bu mәsәlәlәr hәr dәfә ilk növbәdә qaldırılır". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azәrbaycanın mövqeyi birmәnalıdır: "Dünya münaqişәnin Azərbaycanın әrazi bütövlüyü çәrçivәsindә hәll olunması ilә bağlı rəsmi Bakının mövqeyini dәstәklәyir. Biz Dağlıq Qarabağa әn yüksәk muxtariyyәt statusunun verilmәsinin tәrәfdarıyıq. Gәrәk siyasi-diplomatik baxımından tәşәbbüs göstәrәk ki, bu mәsәlә yerindәn tәrpәnsin. İnanıram ki, bu yaxınlarda müəyyən irəliləyiş olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00