Qəbələdə Avropa Şurasının forumu keçiriləcək
16 Aprel 2014 16:43 SiyasətBakı və Qəbələ şəhərlərində Gənclər və İdman Nazirliyi və Avropa Şurasının rəsmilərinin, eyni zamanda Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynovun iştirakı ilə "Nifrət Nitqinə Yox" Hərəkatının Yekun Beynəlxalq Forumunun keçirilməsinə dair hazırlıq görüşü təşkil olunub. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, hazırlıq görüşü çərçivəsində Forumun proqramı, formatı, texniki detalları müəyyən olunub, Qəbələ şəhərində mövcud infrastruktur ilə tanışlıq həyata keçirilib. Qeyd edək ki, 1-5 Oktyabr 2014-cü il tarixlərində Qəbələdə keçiriləcək "Nifrət Nitqinə Yox" Hərəkatının Yekun Beynəlxalq Forumunda, Avropa Şurasının bütün ölkələrindən 250 qonaq iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00