AMİP lideri İspaniyanın baş naziri ilə görüşdü
16 Aprel 2014 16:42 SiyasətBeynəlxalq Demokrat İttifaqının Madriddə keçirilən icraçı toplantısında iştirak etmək üçün Madridə gedən AMİP lideri Etibar Məmmədov toplantı çərçivəsində İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının lideri, bu ölkənin baş naziri Mariano Rajoy ilə görüşüb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Moncloa sarayında baş tutan görüşdə qarşılıqlı faydalı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BDİ-nin toplantısında Ukrayna, Gürcüstan və Venesuela ilə bağlı qətnamələr qəbul edilib. Sonda bu ilin noyabr ayında Cənubi Koreyada BDİ nin Liderlər Toplantısını keçirmək qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00