ABŞ 2007-ci ildən Azərbaycanda siyasi layihə həyata keçirir

"ABŞ-ın bəzi çevrələri Azərbaycanda 2007-ci ildən etibarən yeni siyasi layihə həyata keçirirlər. "Tech Comp" adlanan bu layihə bir çox dövlətlərdə həyata keçirilir. Layihənin məqsədləri sırasında ifadə edilməyən, lakin bir sıra dövlətlərdə həyata keçirilmiş "idarə olunan xaos"un təşkili də nəzərdə tutulur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev səsləndirib.  Bildirib ki, layihə sahiblərinin məqsədi mümkün olduqda layihədə təşəkkül tapan komandadan hakimiyyətdə yerləşərək, konkret dövlətin iradəsinə uyğun qərarlar almaq, "lazım olan" siyasəti həyata keçirmək, alınmadıqda isə qarışıqlıq yolu ilə dövləti layihə müəllifinə tabe etdirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00