Azərbaycanda ehtiyatda olan zabitlər səfərbər olunacaqlar
Ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir.
12 Mart 2014 13:03 SiyasətAzərbaycanda ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rayon şöbələri tərəfindən ehtiyatda olan kiçik zabitlər çağırılaraq onların qeydiyyatda olduqları rayonlarda yaşayıb-yaşamadığı müəyyənləşdirilir, həmçinin uçot sənədlərində dəqiqləşdirmələr aparılır. Dəqiqləşmələr yekunlaşdıqdan sonra SHÇDX, Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə ehtiyatda olan zabitlərin toplanışını keçirəcək.
Ümumrespublika səviyyəli toplanışda ehtiyatda olan zabitlər şərti "həyəcan" siqnalı ilə qeydiyyatda olduqları SHÇDX şöbələrinə çağırılacaqlar. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00