MDB rəsmiləri Ukraynadakı vəziyyəti müzakirə edəcək

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüş martın 14-də baş tutacaq

MDB ölkələrinin xarici işlər nazirlərinin müavinləri Minskdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.ANS PRESS-in xəbərinə görə, toplantı martın 14-də keçiriləcək.Müvafiq qərarın Minskdə MDB ölkələrinin daimi nümayəndələri Şurasının iclasında qəbul edildiyi bildirilir.Xəbərqdə qeyd olunur ki, Ukraynanın martın 12-də Kiyevdə MDB xarici işlər nazirləri Şurasının iclasının çağırılması təşəbbüsünə əksər ölkələrin razılıq verməməsi ilə əlaqədər görüşün martın 14-də Minskdə nazir müavinləri səviyyəsində keçirilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00