“Ümummilli məsələlərlə bağlı xaricdə keçirilən mitinqlərdə...”
Ufuk Kamal: “Ən azı 1000 nəfər iştirak etməlidir”
11 Mart 2014 17:07 Siyasət"Ümummilli məsələlərlə bağlı diasporun xarici ölkələrdə keçirdikləri mitinqlərdə ən azı 1000 nəfər iştirak etməlidir". Bunu BayMedia-ya açıqlamasında Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal deyib. Onun sözlərinə görə, hər hansı mitinq və seminarlara dəstək olacaq 1000 nədərlik daimi güc lazımdır: "Bununla yanaşı avropalılarla davamlı olaraq bir araya gəlib, onlara Azərbaycanın siyasi, iqtisadi və bütün gözəlliklərini anlatmağımız, bu istiqamətdə təbliğat aparmağımız zəruridir. Mitinq və seminarlar kiçik qruplarla çox yerdə deyil, bir nemə yerdə əsas mərkəzlərdə təşkil olunmalıdır. Bütün bu məsələlər ciddi şəkildə koordinasiya edilməlidir. Ən böyük problemimiz burada bir çoxlarının milli duyğularının olmamasıdır. Milli məsələlərdə 50 nəfəri toplaya bilməyən cəmiyyət konsertlərdə 1000 nəfər toplayır. Ona görə də ciddi şəkildə düşünüb, müəyyən məsələlərə yenidən baxmaq vacibdir".