“Rusiya təhlükəsi Polşanı da vura bilər”
Elxan Mehdiyev: “Ukraynada vəziyyət gərginləşdikcə Atlantik Alyansı regionda hərbi qüvvələrinin sayını artırmağa çalışacaq”
11 Mart 2014 16:22 Siyasət"Polşa və Rumıniya sərhədinə yerləşdirilən NATO-nun hərbi texnikası Rusiya ilə açıq müharibəyə hesablanmayıb" - politoloq Elxan Mehdiyev "Olaylar"-a açıqlamasında belə deyib. E.Mehdiyev bildirib ki, Qərbin bu gedişi Rusiyanın işğalçılıq siyasətinə qarşı NATO üzvü olan Polşa və Rumıniyanın təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Politoloq qeyd edib ki, NATO-nun həmin ölkələrdəki hərbi qüvvələrinin sayı olduqca azdır: "Ukraynada baş verən gərgin proseslər Polşa və Rumıniyanı da vura bilər. Həmin ölkələrin Rusiya təhlükəsindən sığortalanması NATO-nun belə bir qərar verməsinə səbəb olub. Ukraynada vəziyyət gərginləşdikcə Atlantik Alyansı regionda hərbi qüvvələrinin sayını artırmağa çalışacaq. Çünki Rusiya Ukraynaya ordu yeritməklə təkcə bu ölkəni yox, həm də regionun digər dövlətlərini də təhdid altında saxlayır". ("OLAYLAR İA")