Tehran: “İran və Azərbaycan dost ölkələrdir”

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mərziyə Əfxəm yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və ölkəsinin media qurumları arasında əlaqələr inkişaf edir. Xanım Əfxəm qeyd edib ki, ölkələr arasında bu sahədə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub: "Bəzi hallarda media qurumlarında yayılan məlumatlar Azərbaycan və İran əlaqələrinə mənfi təsir edir. Bu cür halların aradan qaldırılması üçün genişləndirilmiş əlaqələr mühüm rol oyanaya bilər. Mediada yayılan dez-informasiyalar ölkələr arasındakı diplomayik əlaqələrə zərbə vurmamalıdır. Mərziyyə Əfxəm bildirib ki, İran və Azərbaycan əlaqələri dostluq çərçivəsində həyata keçirilir. Əfxəm qeyd edib ki, Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin Van şəhərində keçiriləcək görüşü də bu istiqamətdə olacaq: "Azərbaycan Prezidenti cənab İlham Əliyev də İrana səfərə dəvət edilib. Səfər əlaqələrin inkişaf etdirilməsi üçün müstəsna əhəmiyyətə malik olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00