“Rusiyanın məhv edilməsi mexanizmi işə salınacaq”

"Krımda baş verən hadisələr Ukraynaya yox, Rusiyaya təhlükə yaradacaq" - erməni mətbuatına açıqlama verən politoloq Davit Şahnzaryan belə deyib. Şahnazaryan rus ordusunun Ukraynadakı hərəkətini "işğalçılıq" adlandırıb. Politoloq qeyd edib ki, Rusiya əsəbi və separatçı təsiri bağışlayır: "Putin rus ordusuna geri çəkilmə əmri verməsə, Rusiyanın məhv edilməsi mexanizmi işə salınacaq. Moskva Ukraynanı bu yolla Qərbdən uzaqlaşdırmağa çalışır. Lakin Kremlin bu addımları Rusiya üçün dəhşətli səhnələrə səbəb olacaq". D.Şahnazaryan vurğulayıb ki, Rusiya aqressiv hərəkətli təkcə Ukraynanı yox, həm də Avropanı təhidid edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00