Deputatımız MDB-nin tədbirinə qatılacaq

Martın 11-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcək. Milli Məslisdən "Olaylar"a verilən məlumata görə, Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev iştirak edəcək. İclasda Elektron hökumət haqqında, Turist fəaliyyəti haqqında, Könüllülük fəaliyyəti haqqında, Təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi haqqında və digər model qanunların layihələri, həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunacaqdır. Tədbir çərçivəsində martın 12-də Rusiya Federal Məclisinin Federal Şurası ilə birlikdə "Mədəni-tarixi və mənəvi dəyərlərin əsaslarının formalaşması" mövzusunda dəyirmi masa da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00