Musa Quliyev QDİƏT PM-nin tədbirinə qatılıb

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev komitənin 42-ci iclasında iştirak etmək üçün Albaniyanın Tirana şəhərinə yola düşüb. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, tədbirdə "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müasir tikinti və arxitekturasında yeni texnologiyaların tətbiqi" mövzusunda məruzə dinləniləcək, məruzə ətrafında geniş müzakirələr aparılacaq. Səfər martın 12-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00