Əsir düşən erməni Mamikonun qohumu çıxdı

Bunu Mamikon Xocayanın qızı deyib

Tovuz rayonu istiqamətində Azərbaycan tərəfi keçən erməni gənc bir qədər əvvəl də eyni istiqamətdə Ermənistanan gəlmiş Mamikon Xocayanın qohumudur.ANS PRESS-in məlumatına görə, bunu Mamikon Xocayanın qızı aysor.am-ın müxbiri ilə söhbətində deyib. 1991-ci il təvəllüdlü gəncin çoban olduğu deyilir. Onun qatı dumanda azaraq qarşı tərəfə keçdiyi ehtimal edilir.Qeyd edək ki, ötən gün günorta saatlarında Tovuz rayonunda erməni saxlanılıb.ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanın adı Arsen Xocayandır. O, 1991-ci ildə anadan olub.Ermənistan müdafiə nazirliyindən yerli mətbuata verilən açıqlamada isə bildirilir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşı əsgər olmayıb, mülki şəxsdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00