Bakıda IV İslam Oyunları keçiriləcək
7 Mart 2014 17:22 SiyasətGənclər və idman naziri Azad Rəhimov İslam Əməkdaşlığı Təşkilatının baş katibi İyad Əmin Mədəninin başçığığı ilə Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı İƏT-Azərbaycan münasibətləri, eyni zamanda idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bunula yanaşı, İslam İdman Federasiyası çərçivəsində keçirilən yarışlarda idmançıların içtirakı, həmçinin 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Oyunlarına hazırlıq haqda söhbət aparılıb. Nazir Azad Rəhimov İslam Ölkələri ilə münasibətlərin qarşılıqlı hörmət, səmimi qardaşlığa söykəndiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00