“2015-ci il Ərdoğan hakimiyyətinin sonu ola bilər”
Razi Nurullayev: “Martın 15-dən sonra Türkiyədə keçiriləcək seçkilərdə kimin qalib gəlməsini proqnozlaşdırmaq mümkün olacaq”
7 Mart 2014 13:24 Siyasət"Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkiləriöncəsi vəziyyəti dəyərləndirib. R.Nurullayev qeyd edib ki, keçən seçkilərdə AKP 38% səs topladı. Politoloqun sözlərinə görə, AKP bu dəfə çox güman ki, 38%-dən aşağı səs alacaq. R.Nurullayev hesab edir ki, CHP və MHP-nin səs faizlərində yüksəliş olacaq: "Lakin Ərdoğanın da Türkiyə cəmiyyətindəki mövqeyi yüksəkdir. Ərdoğanın regiona səfərlərində görüşünə gələn insanların sayı yüz minlərlə ölçülür. Cəmiyyətdə mövcud iqtidarın dəyişməsini istəməyə insanlar çoxdur. Ərdoğan hakimiyyətinin martın 30-da keçiriləcək seçkilərdə ölümcül zərbə alması mümkün olmayacaq. Martın 15-dən sonra Türkiyədə keçiriləcək seçkilərdə kimin qalib gəlməsini proqnozlaşdırmaq mümkün olacaq. Ərdoğanın indidən uduzacağını proqnozlaşdırmaq mümkün deyil. İndiki vəziyyətə uyğun olaraq, AKP martın 30-dək birinciliyi qoruyub saxlaya bilər. Ərdoğan seçkilərdə 38%-dən aşağı səs toplaya bilər, amma digər partiyaların toplayacağı səslərin hakim partiyanın qazanacağı səslərdən aşağı olması da mümkündür. AKP-nin sonadək birinciliyi saxlaması ehtimalı daha yüksəkdir. Lakin 2015-ci ildə keçiriləcək seçkilərə qədər AKP-nin zərbə alıb Türkiyə cəmiyyəti arasında populyarlığını itiriməsi də mümkündür. Mümkündür ki, 2015-ci il Ərdoğan hakimiyyətinin sonu olsun. Amma Ərdoğan bu il hakimiyyətdə sonadək qalmağı bacaracaq". ("OLAYLAR İA")