“ABŞ Rusiyanı vurmaq üçün fürsət gözləyir” - POLİTOLOQ
Zərdüşt Əlizadə: “Rusiya Azərbaycan ərazisini işğal edəndə Amerika ona qarşı heç bir təpki göstərmədi”
7 Mart 2014 13:24 SiyasətPolitoloq Zərdüşt Əlizadə "Olaylar"-ın "ABŞ Rusiyanın Krımı işğal etməsinin qarşısını ala bilərdi" sualına cavab verib. Z.Əlizadə bildirib ki, ABŞ Rusiyanın Krımı işğal etməsinin qarşısını ala bilməzdi. Politoloq hesab edir ki, nüvə silahına sahib olan bir dövlətin sərhədləri yaxınlığında həyata keçirdiyi planın qarşısını hər hansı bir yolla almaq mümkün deyil. Z.Əlizadə qeyd etdi ki, Rusiyanın da Amerika kimi nüvə arsenalı var: "Ukrayna ABŞ üçün o qədər əhəmiyyətli deyil ki, Rusiya ilə nüvə, raket müharibəsinə başlasın. Praktikada bu cür proseslər tez-tez baş verib. Məsələn, Rusiya Azərbaycan ərazisini işğal edəndə Amerika ona qarşı heç bir təpki göstərmədi. Beynəlxalq qurumlar 25 ildir ki, eyni mövqeyi sərgiləyirlər. Krımın işğal etməsilə Rusiya öz nüfuzuna ciddi şəkildə zərbə vurdu. ABŞ bütün bunlara baxmayaraq Rusiya ilə baş-başa gəlməkdə maraqlı deyil. Amerika Rusiya ilə əlaqədar olan məsələlərə tarixi çərçivədən baxır. Vaxtilə ABŞ SSRİ-nin parçalanmasına 14 dövlətin Rusiyanln tərkibindən çıxmasına müvəffəq oldu. ABŞ başa düşür ki, SSRİ-nin parçalanmasından sonra Rusiya üzüaşağı gedir. Federasiyanın əhalisi azalır, elmi, iqtisadiyyatı, maliyyəsi çökür. Sadəcə belə bir məqamda ABŞ gözləmə mövqeyindədir". ("OLAYLAR İA")