“Abbas Abbasovu persona non-qrata elan etmək lazımdır” - AÇIQLAMA
Elxan Şahinoğlu: “O, bir gün eyni məntiqlə "Rusiya düz edib Azərbaycan torpaqlarını işğal edən Ermənistana dəstək verir" deyə bilər”
7 Mart 2014 13:23 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu "AzerRos"-un sədri Abbas Abbasovun Rusiyanın Ukrayna siyasətilə bağlı açıqlamalarına münasibət bildirib. E.Şahinoğlu qeyd edib ki, Abbas Abbasovu persona non-qrata elan etmək lazımdır: "Necə ki, Azərbaycanın icazəsi olmadan Ermənistan üzərindən Dağlıq Qarabağı ziyarət edənlərin Azərbaycana gəlişi XİN tərəfindən qadağan edilir, bu adamın da ölkəmizə gəlişinə yasaq qoymaq lazımdır. Çünki, "Rusiya düz edib Ukraynanı parçalayıb, Krımı işğal edib" deyən azərbaycanlı Abbasov bir gün eyni məntiqlə "Rusiya düz edib Azərbaycan torpaqlarını işğal edən Ermənistana dəstək verir" deyə bilər". ("OLAYLAR İA")