“ABŞ Rusiyanın Krımı işğal etməsinə sevinir”

Natiq Cəfərli: “Putin öz əllərilə Rusiyanın dağılmasının əsasını qoyub”

"İqtisadi maraqlar Putinin gözlərini o qədər tutub ki, öz əlləri ilə Rusiyanın dağılmasının əsasını qoyur" - "Real" Hərəkatının icra katibi Natiq Cəfərli Ukraynada baş verən hadisələrə münasibət bildirərkən belə deyib. N.Cəfərli hesab edir ki, Krım məsələsinin belə istiqamət almasına ən çox sevinən Avropa, Çin, Yaponiya və ABŞ-dır. "Real" rəsmisi qeyd etdi ki, yaranacaq presedent Rusiyanı dağıdacaq: "Bir müddət sonra Kalininqrad Vilayəti Almaniya ilə, Amur çayı boyu və Rusiyanın Uzaq Şərqində yaşayan çinlilər (təqribən, 6 milyon çinlinin oralarda yaşadığı bildirilir) Çinlə, Yakutiya ABŞ-la, Kuril adaları Yaponiya ilə birləşmək haqqında qərarlar çıxaracaq. Bu o zaman baş verəcək ki, Rusiya iqtisadiyyatı zəifləyəcək, işsizlik artacaq, dolanışıq çətinləşəcək. Bütün bu əlamətlər artıq var, amma, ABŞ, Kanada və Avstraliyanın dünyaya slans qazı və neftinin satışının başlayacağı gün, Rusiya iqtisadiyyatının dibə vurmasının təməli qoyulacaq". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00