“Bütün dünya Rusiyaya qarşı müqavimət hərəkatına başlayıb”

Qabil Hüseynli: “ABŞ-ın 6-cı donanmasının 10-a qədər gəmisi artıq Qara dənizə yerdilib”

Politoloq Qabil Hüseynli Rusiyanın Ukraynadakı işğalçılıq siyasətini şərh edib. Q.Hüseynli bildirib ki, Rusiyanın Ukraynada işğalçılıq planı baş tutmayacaq. Q.Hüseynli fikrini dünyada baş verən siyasi proseslərdə Rusiyaya qarşı müqavimət hərəkatının hər gün bir az da artması ilə əlaqələndirib. Politoloqun sözlərinə görə, artıq beynəlxalq qurumlar və qlobal güclər Rusiya haqqında qərarlar qəbul edirlər: "Moskvanın geosiyasi maraqlarına qarşı çağrışların sayı da artır. ABŞ-ın 6-cı donanmasının 10-a qədər gəmisi artıq Qara dənizə yerdilib. Amerikanın bu tip qərarları müharibə üçün nəzərdə tutulmasa da Rusiya tərəfindən narahatlıqla izlənilir. Ukraynada hansı proseslərin baş verməsindən asılı olmayaraq, Rusiya işğalçılıq planlarını həyata keçirə bilməyəcək. Çünki Rusiya ilə müqayisədə Ukraynanı dəstəkləyən dövlətlərin sayı kifayət qədər çoxdur. Rusiya isə böyük çoxluq qarşısında pas vəziyyətinə düşəcək". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00