“ABŞ Ukrayna qarşısında məsuliyyət daşıyır”

Razi Nurullayev: “ABŞ heç bir vəchlə Krımın Rusiyaya birləşdirilməsinə razı olmayacaq və soyuq müharibə təzahürləri güclənəcək”

"Krımın Ukraynadan ayrılması və Rusiyanın tərkibinə daxil olması ABŞ üçün ciddi siqnaldır. ABŞ artıq Ukrayna xalqı qarşısında məsuliyyət daşıyır" - "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Rurullayev belə deyib. R.Nurullayev bildirib ki, Avropa Birliyi və ABŞ Ukrayna müxalifətinə dəstək verdi və onları Yanukoviçi yıxmağa sövq etdi. Nəticə isə Ukranya üçün acınacaqlı oldu - talanmış büdcə və parçalanmış ölkə: "Buna görə də ABŞ istənilən vasitəyə əl ata bilər ki, Krımı Ukraynaya qaytarsın. Onun üçün də ABŞ Qara Dənizə donanmasını göndərir və Latviyada da qırıcı təyyərlərinin sayını iki dəfə artırıb. Çox güman ki, söhbət klassik müharibə məsələsindən getmir. Amma, ABŞ bunun mesajlarını verir və bu da bazara təsir edir. ABŞ-ın məqsədi Rusiya bazarını çökdürmək və Rusiya cəmiyyətində ajiotaj, sosial narazılıq yaratmaqdır ki, xalq ayağa qalxsın və Putini devirmək istəsin. Əgər, ABŞ və Avropa Birliyi qətiyyətli sanksiyalar tətbiq etsə, Rusiyada rubl dəyərdən düşəcək. Güman etmək olar ki, ABŞ heç bir vəchlə Krımın Rusiyaya birləşdirilməsinə razı olmayacaq və soyuq müharibə təzahürləri güclənəcək. Baş verəcək hadisələrə hazır olmaq üçün ABŞ regionda hərbi gücünü artırır və artırmaqda davam edəcək. Bununla bərabər, Krımın taleyi yalnız Ukraynanın yox, həm də AB-nin Şərq Tərəfdaşlığı təşəbübsünün taleyini həll edəcək. Digər ölkələrin gözü Ukraynadadır. Onlar ya gözü çıxmış qardaşdan dərs alacaqlar, ya da göz çıxarmış qardaşdan". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00