“Abbas Abbasov kimiləri anlamalıdır ki,...”

"Abbas Abbasov və onun kimiləri anlamalıdır ki, onların belə "dolanışıq" məqsədli bəyanatları gülüncdür və əbəsdir. Rusiyanın imperiya hədəfindən yayınmaq istəyən, azadlıq yolunu seçən bütün millətlər qəhrəman ukraynalıların yanındadır,o cümlədən Azərbaycanın tərəqqisevər kəsimi də". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev baş nazirin keçmiş müavini  Abbas Abbasovun Rusiyanın Ukraynaya hərbi qüvvə yeritməsini dəstəkləyən açıqlamasına münasibət bildirərkən səsləndirib: "Adam müstəqil və suveren dövlətin ərazisinin işğalına bərait qazandırır. Bütün dünyanın XX əsrin ən qəddar şəxsi ilə müqayisə etdiyi Putini tərifləyir. Guya Rusiya Federasiyası Viktor Yanukoviç xahiş etdiyinə görə Ukraynanin ərazisinə soxulub. Əvvala Rusiyanın XX əsr siyasi praktikasında belə müraciətlər olub və nəticəsində Praqa, Vilnüs, Alma-Ata, Tbilisi qanına bələnib. Özünə ağsaqqal ləqəbi qəbul etmiş Abbas Abbasov heç olmasa 20 yanvar Bakı işğalını unutmasın. Axı həmin gün Bakıda qətlə yetirilənlər azərbaycanlılar, öldürənlər isə bu gün Krıma soxulmuş rus qiyafəli işğalçılar idi. Onda da bizim qəhrəman övladlrımızı rus mətbuatı millətçi, radikal, ekstremist və s. epitetlərlə damğalayırdı. Yanvar işğalını milli satqınlarımızın müraciəti ilə əsaslandırırdı. Sənin kimiləri isə daima olub. Sizlərin vətəni olmur, yaşam yeri olur. Odur ki, Moskvada qal,geriyə yol arama. Hətta basdırılmaq üçün ki, icazə diləyirdin, onu da etmə. Əgər sağlığında oranı seçmisənsə, sonrasının nə fərqi var. Eynilə Yanukoviç,Vəzirov və digərləri kimi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00