Kiberməkanda təhlükəsizlik məsələsi Parisdə müzakirə ediləcək
7 Mart 2014 12:15 SiyasətMilli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin yığıncağında iştirak etmək üçün martın 9-da Fransanın paytaxtı Parisə səfər edəcək. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, tədbirdə təhsil sahəsində idarəçilik və keyfiyyətin artırılması, internetin səmərəli idarə olunması, kiberməkanda təhlükəsizliyin təminatı, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, televiziyada zorakılığın nümayişi və bunun uşaqlara mənfi təsiri barədə məsələlər müzakirə ediləcək.
Səfər martın 13-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00